Siz kəsmiyin həvəskarı deyilsiniz və ondan az-az istifadə edirsiniz? Nahaq. Bu ərzaq nəyinki uşaqlar üçün, hətda böyüklər üçündə, xüsusi ilə kişilər üçün çox xeyirlidir. Qida zamanı dadı sizə xoş gəlmirsə bal, smetan, quru meyvələr, mürəbbə şirəsi və s. əlavə edə bilərsiniz. Kəsmik bir növ sehorli formul olaraq əzələ kütləsini artıraraq, yağlanmanın qarşısını alaraq, İmuniteti gücləndirərək orqanizmə müsbət təsir göstərir.

Kəsmiyin faydası – ümumi

Maksimum faydasını görmək üçün uyğun yağlılıq həcmini seçmək lazımdır. Tam olaraq yağsız kəsmiklərə üstünlük verməyin. Belə ki, tərkibində yağ olmadığından orqanizm tərəfindən həzm prosesində müəyyən çətinliklər yarana bilər. Normadan artıq yağlı kəsmiklərdə sizə ziyan vuraraq kökəlmənizə səbəb ola bilər. Zövqünüzdən aslı olaraq seçdiyiniz kəsmiyi yulaf əzməsinə, disertlərə, kokteyllərə əlavə edə bilərsiniz. Tez həzm olunan proteinlə, B qrup vitaminlərlə, fosfor, dəmir və s. maddələrlə zəngindir.

Tam tərkibi (100 q kəsmikdə olan vitaminlər və mikro elementlər)

  • Kalori dərəcəsi – 155.3 kkal.
  • Zülal – 16.7 q – ondan  70% kazeindən, digər 30% – tez həzm olunan zülal.
  • Yağ – 0.5-15 q arası. İdmanla məşğul olursunuzsa yağsız kəsmiyə üstünlük verin.
  • Karbohidratlar – 2 q.
  • Vitamin A – 0,08 mq.
  • Vitamin B1 – 0,04 mq.
  • Vitamin B2 – 0.3 mq.
  • Vitamin C – 0,5 mq.
  • Vitamin PP – 0,4 mq.
  • Dəmir – 0,4 mq.
  • Kalium – 112 mq.
  • Kalsium – 164 mq.
  • Maqnium – 23mq.
  • Natrium – 41mq.
  • Fosfor – 220mq.

Kəsmiyə əlavə edilə bilər

Nəzərə alsaq ki, bodybuildinglər kəsmikdən çox istifadə edir, demək onların tez bir zamanda kəsmikdən bezmə halları baş verir. Bu halda kəsmiyin xama ilə qarışdırlması məsləhət görülmür. Beləki, xamanın təkibində yağlılıq dərəcəsi yuxarıdır və nəticədə bu qarışıq kökəlməyə səbəb ola bilər. Kəsmiyə xamadan başqa aşağıdakılar əlavə edilə bilər:

  • Ərik qurusu
  • Kişmiş
  • Banan
  • Fındıq
  • Bal
  • Şəkər tozu

Kəsmiyin qarışdırılması üçün

  • Qatıq
  • Kefir
  • Meyvə şirəsi
  • Az yağlı xama

Kəsmiyin kişilər üçün xeyri.

  • Əzələ kütləsini artırır. Tərkibindəki zülalın miqdarının çox olması. kalori miqdarının isə az olması səbəbindən idmançılar arasında çox məşhurdur. Kəsmik orqanizm tərəfindən tez həzm olunduğundan bədənin zülal ehtiyyacları tez bir zamanda təmin edilir. 200 qram kəsmikdə təxmini 25-30 q zülal vardır ki, bu da kifayət qədər zülal miqdarı hesab olunur.

  • Əhvalı yaxşılaşdırır. Müasir insanlar vitamin D çatışmamazlığından əziyyət çəkirlər Bu çatışmamazlıq özünü halsız hiss etmə və əhval-ruhiyyənin olmaması kimi biruzə verir. Məhs kəsmikdə D vitamini kifayət qədər həcimdədir.

  • Kişi gücünü (aktivliyi) artırır. Təəcüblü olsada, kəsmik həqiqətəndə testestron hormonunun ifrazına təkan verir. Tərkibindəki B qrup vitaminlər, sink və selen sayəsində orqanizmdə testestron artımını surətləndirir. kişilərin hormanal sisteminə çox müsbət təsir göstərir.

  • Prostat xərçənginin qarşısını alır. Müasir dövrümüzdə bir çox kişilər bu kimi narahatçılıqlardan əziyyət çəkirlər. Xəstəliklərin qarşısını yalnız sağlam həyat tərzinə keçməklə almaq mümkündür. Kəsmik də bəzi oxşar ərzaq məhsulları kimi prostatın ankaloji problemlərinin qarşısını alır. Selenlə zəngin olduğundan DNK hüceyrələrini qorumada çox effektivdir.

  • Sümükləri bərkidir. Yaş keçdikcə sümüklərimiz aəzifləyir və vitaminlərə, minerallara ehtiyac duyur. Kəsmik fosfor və kalsiya ilə zəngin olduğundan sümüklərin formalaşmasına yardımçı olur.

  • Maddələr mübadiləsini surətləndirir. Bu əvəzedilməz süd məhsulu öz xüsusi tərkibi vaistəsi ilə metobolizmi surətləndirərək, imun sisteminin fəaliyyətini yaxçılaşdırmaq qabiliyyətinə malikdir. Araşdırmaların nəticələrinə görə kəsmik stresin orqanizmə təsirini zəiflədir, yuxusuzluq və narahaçılıq hissini aradan qaldırır.

  • Əsəb sisteminə təsiri. Əgər siz tez-tez əsəbləşirsinizsə bu ərzağı mütləq yemək ratsionunuza daxil etməlisiniz. Tərkibindəki B12 vitamini sayəsində əsəb sisteminizin qorunması layiqincə həyata keçiriləcək.

  • Ürəyi gücləndirir, qanda şəkərin miqdarını tənzimləyir. Məhs bu səbəbdən sağlıq vəziyyətinə görə ciddi pəhrizdə olan insanlara mütləq məsləhət görülür. Damarları təmizləyərək ürəyi möhkəmlədir, qanda şəkərin miqdarını tənzimləyir.

  • Enerji verir. Özünüzü halsız hiss edirsiniz? Sadəcə 200 qram kəsmik sizin halsızlığınıza son qoyacaq. Gün ərzində bütün işlərinizi vaxtında icra edərək, hətda idmana belə zaman ayıra biləcəksiniz.

İdmandan sonra kəsmik yemək düzgündürmi?

Əgər siz daimi idmanla məşğul olursunuzsa sizin orqanizminizin proteinə ehtiyacı vardır. Əzələləriniz inkişafı və uyğun yağ proporsiyasının olması yalnız ratsiyonuzda kifaəy dərəcədə zülal olarsa mümkündür. İdmançıların bir çoxunun fikrincə idmandan sora mütləq ya protein koktyeli, ya da kəsmik yemək lazımdır. Kəsmik sizin bədənizi enerji ilə təmin edir. Təcüblü olsada, kəsmik yedikdən sonra növbəti 5 saat ərzində aclıq hissi sizi narahat etməyəcək. Qəbul etdiyiniz zülal tədricən bədəniniz tərəfindən sorularaq əzələləriniz təmin edəcəkdir. 120 qram kəsmikdə təxmini 13 qram zülal, 5 qram yağ, 4 qram karbohidrat, 112 kkalori olduğundan idman dietoloqları tərəfindən idmandan sora qəbulu mütləq bilinir.

Qəbul edilmə miqdarı.

Qəbul miqdarı sizin bədən çəkinizdən aslıdır. Bildiyiniz kimi çəkinizin hər 1 kloqramına 2 qram züla ehtiyacı mövcutdur. Məşqlərdən sonra 20 qram zülal qəbulu sizə kifayət edər. Bu zülal miqdarıni əldə etmək üçün 200 qram kəsmik kifayət edər. Bir sözlə aşağı çəkili insanlara 100-150 qram, yuxarı çəkili insanlara isə 200-250 qram kəsmik tam norma hesab edilir. Zövqə uyğun olaraq meyvə qurusu və qatıqda əlavə edə bilərsiniz. Lakin, nəzərə alın ki, eyni vaxta bir neçə bağlama kəsmik yeməyə ehtiyac yoxdur. Normadan artıq kəsmik qəbulu son nəticədə orqanizminiz tərəfindən həzm olunmayacaq, sizə ağırlıq hissi verəcək və heç bir fərqli nəticələr əldə etməyəcəksiniz. Məhsləhətli yağlılıq dərəcəsi 5% olmaqla qiymətləndirilir. Bundan aşaı yağlılığı olan kəsmik yuxarda qeyd etdiyimiz kimi mübadilə prosesini gecikdirəcək.

Kəsmik alarkən diqqət yetirilməli məqamlar. 

  • Tərkibi. Tərkibində əlavə qatqılar az olduqca daha keyfiyyətli hesab edilir.

  • Qeydiyyat. Dövlət qeydiyyatından keçmiş istehsal müəssisələri tərəfindən istehsal edilmiş məhsullara üstünlük verin. Onlar daha təhlükəsis hesab edilirlər.

  • İstifadə tarixi. Çalışın buraxılış tarixindən 7 gün keçməmiş məhsulu alın. Lakin tam təbii kəsmiyin müddəti 3-5 gün olmalıdır. Əgər müddət 7 günü küçmişdirsə, deməli kəsmiyin tərkibində kifayət qədər qeyri təbii konservantlar mövcutdur ki, buda onun zərərli olmasına yol aşa bilər.

  • Qiyməti. Təbii kəsmiyin qiymətinin yarım litr süddən aşağı olması müəmmalı görünə bilər. Üzərinə istehsalatda çəkilkə bilən digər xərcləri gəlsək təxmini real qiymətini hesablamaq mümkündür. Kəsmik seçərkən bu kimi qiymət məntiqinə diqqət yetirin.

  • Xarici görünüşü. Çox quru, və ya əksinə bərkiməmiş kəsmikləri almaqdan çəkinin. Onlar normal şəraitdə saxlanmaya və nəticədə korlana bilərlər.

Advertisements