Oğlanın ilk 40 ili onun ən çətin dövrüdür. Bir çox qadınlar tərəfindən sevilsələrdə bəzən onların ünvanına iynəli, acıqverici, bəzən isə düzgün atmacalar atılır. Məşhur qadınlar tərəfindən biz kişilərin ünvanına deyilən 15 statı təqdim edirik.

Faina Ranevskaya – Sovet teatr və kino aktrisası

” Allah qadınları ona görə gözəl yaradıb ki, kişilər onları sevə bilsinlər. Allah qadınları ona görə ağılsız yaradıb ki, onlar kişiləri sevə bilsinlər. “

Elizabet Teylor – ingilis-amerika aktrisası

” Zövq zamanla formalaşır. 20 il əvvəl mən heç evə nahara belə dəvət edə bilməyəcəyim kişi ilə ailə qurdum. “

Şeron Stoun – aerika aktrisası

” Qadınlar bəlkədə orqazmı təqlid edirlər. Lakin kişilər münasibətləri oynayırlar. “

Qreys Kelli – amerikan aktrisası

” Kişi təbiətcə tənbəldir. Əgər bütün qadınlar müəyyən ixtisas sahibi olsaydılar, kişilər mütləq evdə oturar, piyvə içər və televizorun qarşısında uzanardılar. “

Sidoni Kolett – fransız yazıçısı

” Kişilər dözülməz dərəcədə məntiqsizdirlər. Bir tərəfdən bütün qadınların eyni olduqlarını deyirlər, digər tərəfdən isə birini digəri ilə dəyişrlər. “

Klara But Lyus – amerika jurnalisti və dramaturqu

” Kişi üçün onun evi ram edilməz qala görünə bilər. İçərdən isə sadəcə bir uşaq baxçasıdır. “

Salma Hayek – amerika aktrisası

” Mən hər zaman məndən ağıllı kişilərlə görüş ümüdündəyəm. “

Marqaret Tetçer – 1979-1990-cı illərdə Böyük Britnyanın baş naziri

” Əgər qadın xarakterini göstərməyə qalxsa “terbiyəsiz qadın” adlandırılar. Əgər kişi xarakterini göstərsə ona “yaxşı oğlandır” deyərlər. “

Madonna – amerika müğənnisi, bəstəkar, produser

” Sən oğlandan prezervativ geyinməyini xahiş etməyənə qədər onu tanıya bilmərsən. “

Rita Rudner – komedya aktrisası

” Köhnə deyimə görə belədir: “Özündən yaca böyük kişiyə ərə get. Onun daha çox həyat təcrübəsi var.”. Lakin yeni deyimə görə belədir: “Daha cavan kişiyə ərə get. Kişilər heç vaxt böyümürlər.”. “

Qvinet Peltrou – amerika aktrisası

” Mən kişiləri sevirəm. Onlar yalançı və yaramaz keçi olsalar belə. “

İrina Şeyk – rus supermodel

” Əgər bir kişi qadınını özünü bədbəxt hiss etməyə məcbur edirsə, onda o kişi deyil. Sadəcə hələki oğlandır. “

Yanina İpoxorskaya – polşa rəssamı, jurnalist, yazıçı

” Çox az kişi restorana sinəsi geniş açıq, qırmızı don geyinmiş qadınla gedər. Çoxluq gumanki daha bağlı və ciddi geyinmiş qadını dəvət edər. Və bütün gecəni yan stolda əyləşmiş sinəsi geniş açıq, qırmızı geyimli qadından gözünü çəkməz.”

Evelina Xromçenko – rus jurnalisti, televizya aparıcısı, yazıçı

” -Siz-femenissiniz?
-Xeyr. Mən kişiləri sevirəm. Başqa seviləsi kimsə yoxdur sadəcə. “

Merlin Monro – amerika kino aktrisası, müğənni, sex-simvol

” Güclü kişinin onu sevmək zəifliyinə sahib qadının hesabına özünütəsdiqə ehtiyacı olmaz. Öz gücünü sübut etməyə onun başqa yerləri var. “

Advertisements