Sex nəyinki gözəl həzz bəxş edir, o həmdə sağlamlıq üçün çox xeyirlidir. Kordirolun (stres hormonu) səviyyəsini aşağı salır, qan təzyiqini normallaşdırır, aktivliyi artırır. Lakin orqanizmin sexsual tələbatı ödənilməsə nələr baş verə bilər? Məhs bu kimi fəsadlarda bu günki məqaləmizdə bəhs etmək istərdik.

Sex çatışmamazlığı niyə yaranır?

Adətən iş və iş günü çox olduğundan sex ehtiyyacının ödənilməsi azalır. Bir çox hallarda intensiv iş tempi düzgün istirahətə belə vaxt qoymur, o ki qaldı sexsə. Eyni zamanda cütlüklərin ayrılması və ailədə uşağın anadan olması, uşağa çox vaxt sərf edilməli olduğundan sex məsələsi diqqətdən kənar qalır.

Səbəblərin müxtəlif olmasına baxmayaraq, yekunda nəticə dəyişmir. Həm ətrafdakılar, həm də insanın özü zamanla psixaloji və fiziki dəyişiklikləri özlərində hiss etməyə başlayırlar.

İmun sisteminin vəziyyəti pisləşir.

Bir çox eksprementlər sübut etmişdir ki, sexdən məhrum və ya az-az yaşayan insanların imun sistemi zəifləyir, xəstəliyə tutulma halları çoxalır, mövsümü xəstəliklərə və halsızlığa daha çox meyilli olurlar. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, daimi sexlə məşğul olan insanların imun sistemləri digərlərinə nisbətən 33% yüksək nəticəyə sahibdir.

Stres hallarının səviyyəsində artım müşahidə olunur.

Sez zamanı seraton hormonu (xöşbəxtlik hormonu) ifraz olunur. Sexsual həyatda vəziyyət qəliz olduqca xöşbəxtlik hormonunun ifrazı azalır, stres hormonunun (kortizol) isə əksinə ifrazı artır. Nəticədə insan stres hallarına daha tez reaksiya verir, əsəbi olur və müxtəlif əsəb xəstəliklərinin riski artır.

Araşdırmalara görə sexdən sonra insanlar stres hallarına daha yüngül yanaşırlar, problemlərdən həll yollarını daha çevik tapırlar.

Sexsual həvəslənmədə problemlər yaranır.

Sex az-az baş verdikdə və ya uzun müddət olmadıqda kişilərdə ereksiya problemləri yaranır. Lazımı anda ereksiyanın olmaması və ya vaxtından tez eyakulyasya (boşalma) halları ilə rastlaşa bilərsiniz.

Yuxuların sujetində baş verəcək dəyişikliklər.

Sexsin mütamadi olmaması anlarında insanlar yuxuda tez-tez sexsual xarakterli yuxular görməyə başlayırlar. Bəzən onlar o qədər ola bilərki, yuxu halında da orqazm yaşana bilər.

Ziqmund Freyd demişkən: “Yuxular – arzuların həyata keşməsidir.” İnsan real həyatda sexsual istəklərini yerinə yetirə bilmədikcə, onun şüuraltı istəkləri yuxuda reallaşır.

Sexsual istəkdə geriləmə.

Mütəxəsislərin fikrincə daimi sexsin olmaması orqanizmdə libodonun səviyyəsininn enməsi ilə müşahidə olunur.

Cütlüklər arasında yadlaşma, soyuma hissi yaranır.

Uzun müddətli durğunluq münasibətlərə də təsir edir. Cütlüklər arasında soyuq münasibət və sanki yadlaşma baş verir. Psixoloqların fikrincə insana baxan kimi daimi sexsual münasibətlərinin olub-olmaması bilinir. Bunu əks cinsin nümayəndəsi hiss etdikdə isə sizə qarşı istəkləri dahada artmış və sizinlə həzz yaşamaq istəyi yaranır.

Özünü qiymətləndirmə zəifləyir.

Sexsiz bir çox insanlar özlərini maraqsız və yaraşıqsız hesab edirlər. özlərinə qarşı inam zəifləyir və ətraflarından özlərinə qarşı etinasızlıq hiss edirlər.

Mütəxəsislərin fikrincə spermanın az ifraz edilməsi emosyanal pozğunluğa gətirib çıxara bilər. Psixaloji problemlər prezervativdən istifadə edənlərə də şamil oluna bilər. Ümumiyyətlə daimi sex partnorunuz varsa, heç də hər zaman prezervativlərə üstünlük vermək gərək deyil. Beləki, qorunma üçün digər vaistələrdə mövcutdur.

Prostatda ankaloji problemlərin yaranma ehtimalı artır.

Amerika uroloqlarının araşdırmalarına əsasən uzun müddətli cinsi əlaqədən imtina prostatda xərçəng şişlərinin yaranması ilə nəticələnə bilər.

Qadınlarda uşaqlıq yolunun divarları nazikləşir, ginekaloji problemlər yaranır.

Əgər qadınlarda müntəzəm intim münasibət varsa, onların uşaqlıq yolları yaxşı formada qalaraq sağlamlıqlarını qoruya bilirlər. Əks halda ciddi zəifləmə meydana gələ bilər.

Hormonal disbalans.

Hormonal disbalans həm qadınlarda, həmdə kişilərdə rast gəlinə bilər. Sex çatışmayanda yaranan hormonal disbalans nəticəsində əsəbilik, səbirsizlik, bezdirmə kimi sindromlar yarana bilir. Qadınlarda koleqan maddəsi az ifraz olunduğundan vaxtından öncə qocalıq müşahidə olunur ki, bu da xarici görünüşə mənfi təsir göstərir.

Eyni zamanda həzzin çatışmamazlığından çəki artımı baş verə bilər. Yaranan yuxusuzluq spirtli içkilərlə təskinlik tapmağa vadar edə bilər. Bəzən isə qadınlarda xoşagəlməz nahiyyələrdə tüklənmə prosesi başlayır.

Yeganə müsbət hal kimi cinsi yolla keçə biləcək xəstəliklərə yoluxmamaq və qadının hamilə qalmaması məsələsidir. Lakin dami və ciddi münasibətlərdə olduğunuz bir insan varsa deməli bu müsbət hallar sizin üçün önəmini itirmiş olur.

Advertisements