Nar eqzotik meyvə hesab edilir. Eqzotik olmasına baxmayaraq payız və qış aylarında da bazarlarda tez-tez rast gəlinir. Bol vitaminli dənələri öz şirin, eyni zamanda turşməzə tamı ilə onu unudulmaz və sevilən edir. Başındakı “tac” çiçəyinin özəyini təşkil edir və elə bu səbədən də şəhzadə meyvəsi adlandırılır. Nar mədəniyyətinin tarixi iki min il öncələrə tısadüf edir. Almanyada və İtalyada narı hətda dənəli alma belə adlandırırlar. Fikir ayrılıqlarına görə hətda Adəm və Həvvanı həvəsləndrən cənnət alması məhs narın törəməsidir.

Narın ümumi həcminin 65%-i yeyiləbilən hissəsi, digər qalanı isə qabığı hesab edilir. Nar həddindən artıq dadlı olduğundan uşaqlar tərəfindən olduqca sevilir. Orqanizm üçün xeyri olduğu qədərdə bir çoxları qəbulun həcminə, miqdarına fikir verməlidirlər. Xeyrili və ziyan verə biləcək tərəfləri, istifadə xüsusiyyətləri barədə növbəti başlıqlarda məlumat verəcəyik.

Narın qida dəyəri, kimyavi tərkibi haqqında.

Nar tumlarından (8-16%), qabıqdan (28-30%) və şirədən (62-70%) ibarətdir. Orta hesabla bir meyvə 90 kkal təşkil edir. 100 qr nar şirəsində isə kalori dəyəri 50 kkal-dir. 5% miqdarında olan liflər sayəsində nar qəbzliyin aradan qaldırılasında, bağırsaq təmizlənməsində, bağırsaq divarlarının yuyulmasında, şlakların təmizlənməsində müsbət təsir göstərir. Narın tərkibində 15 növ amin turşuları, eyni zamanda sistin, asparaqin turşusu, oksiprolin, treonin, qistidin, alfa-amin turşusu, lizin, qlumatik turşusu, orqinin, serin kimi maddələr mövcutdur. Sadalanan maddələrin bir çoxu müasir dövrdə dünya üzrə məşhur dərman istehsalçıları tərəfindən milyonlarla tona çatan dərman preparatlarında istifadə edilir.

Eyni zamanda nar bir çox vitaminlər, mikro və makro elementlərlə zəngindir.

  • Vitamin PP – 0,4 mq.
  • Beta-karatin – 0,03 mq.
  • Vitamin A – 5 mkq.
  • Vitamin B1 – 0,04 mq.
  • Vitamin B2 – 0,01 mq.
  • Vitamin B5 – 0,5 mq.
  • Vitamin B6 – 0,05 mq.
  • Vitamin B9 – 18 mq.
  • Vitamin C – 4 mq.
  • Vitamin E – 0,4 mq.
  • Vitamin P – 0,5 mq.
  • Kalsium – 10 mq.
  • Maqnium – 2 mq.
  • Sodyum – 2 mq.
  • Kalyum – 15 mq.
  • Fosfor – 8 mq.
  • Dəmir – 1 mq.

Narın əvəzedilməz xeyri.

1.Anemiya hallarında nar şirəsi əvəzedilməzdir. Əgər sizdə qan azlığı varsa etablarla nar şirəsi qəbulu orqanizminiz üçün vacib həyat gücnü təmin edər. Beləki, 250ml nar şirəsini 1:1 nisbətində qaynadılmış su ilə qarışdıraraq yeməkdən bir saat əvvəl qəbul etməniz tövsiyyə olunur.

2.Qabığını və dənələr arasında yerləşən pərdələri atmaq lazım deyil. Yeyilməyən qabığın və pərdələrin dəmlənməsindən qarın narahatçılığından, ağrılarından müalicəvi məlhəm kimi istifadə edilir. Eyni zamanda dəmləmə yanıq yaralarının üstünə qoyularaq tez sağalmanı təmin edər. Bir stəkan qaynayan suya təxmini 30 qr qabıq istifadə edilir. Soyudaraq 3 sutka istifadə edilə bilər.

3.Səhər tezdən yeyilən yarım nar işdahı yaxşılaşdırar, qanda hemoqlabinin səviyyəsini artırar, qan təzyiqini normallaşdırar, ürəyin fəaliyyətini yaxşılaşdırar, qan dövranını surətləndirər.

4.Boğaz ağrısı, soyuqdəymə kimi xəstəliklər narın möcüzəvi təsiri ilə tez bir zamanda unudulur. Yeni sıxılmış nar şirəsi ilə boğazınızı qar-qara etsəniz dezinfeksiya etmiş, mikrobları öldürmüş olarsınız. Lakin, şirəni tən yarıdan su ilə qarışdırmalısınız. Şirənin tərkibindəki turşuluq dişin emalını zədələyə bilir. Bu səbəbdəndə nar şirəsini bir başa deyil, xüsusi şirələr üçün olan borucuqlar vaistəsilə içmək məsləhətdir.

5.Nar şirəsi ankaloji xəstliklərin qarşısını alma qabiliyyətinə sahibdir. Eyni zamanda həkim müayinəsi zamanı rentgen şüalanmasının fəsadlarını aradan qaldıra bilir.

Narın kişi hormonlarına təsiri.

Normal kişi potensiyası üçün lazımı qarmonlar (testestron), sink, C, E vitaminləri, B qrup vitaminlər mütləqdir. Bunların mövcudluğu sexsual həvəsin artması, ereksiya halının yaxşılaşması, yaxınlıq (sexsual) aktdan sonra itirilmiş enerjinin surətli bərpası üçün olduqca vacibdir.

Nar həqiqətəndə kişilik gücünü geri qaytara bilər. Müasir araşdırmalar narın tərkibində potensiyanın artımı üçün lazımlı maddələrin olduğunu dəfələrlə sübut etmişdir. Misal olaraq:

  • Vitamin C.Antioksidant təsirə malikdir. Hüceyrələrin marfoloji və funksional sağlamlığını təmin edir. defomenin (xöşbəxtlik hormonu) yaranmasında aktiv iştirak edir. Nəzərə almaq lazımdır ki, xöşbəxtlik hormonu sexsual həvəsin yaranmasında bir başa iştirak edir. Eyni zamanda kiçik damarlarda qan dövranını surətləndirir ki, bu da ereksiya zamanı aktivləşməyə səbəb olur. Stress hallarına dözümlülük artır.

  • Vitamin E (tokoferal.Qan damarlarının  işini yaxşılaşdırır, impotensiyanın işini yaxşılaşdırır. Vaxtından öncə qocalmanın qarşısını alır, stres hallarını azaldır.

  • B qrup vitaminlər.Bütün mübadilə proseslərinə təsir göstərir. Ürəyə və ürək-damar sistemi üçün xeyirlidir. 30-dan yuxarı yaşda əzələ halsızlığı və zəifliyini aradan qaldırır. Ciddi fiziki məşqlərdən sonra əzələ bərpasına yardımçı olur.

  • Sink.Testestron hazırlanmasında başlıca rol oynayır. Spermanın keyfiyyətini yüksəldir. Prostat xəstəliklərinin qarşısını alır.

Narın ev şəraitində müalicəvi istifadə yolları

-Əsəbilik, yorğunluq, baş ağrısı. Əgər orqanizmdə hormonal balans pozuntusu varsa, siz özünüzü sıxılmış limon kimi hiss edirsinizsə orqanizm xroniki yorğunluq rejiminə keçir. O zaman özünüzü gün ərzində heç olmasa dənələri (tumları) ilə birlikdə yarım nar yeməyə vadar edin. Artıq bir həfdədən sonra özünüzü gümrah, bədəninizin enerji axını ilə zənginləşməsini hiss edəcəksiniz. Lakin diqqətli olun. Nar sizin qida ratsiyonuzda bir aydan çox müddətdə olamamalıdır.

-Diş ağrısı. 4 xörək qaşığı nar dənələrini 2 xörək qaşığı balla qarışdırın. Hazırlanmış qarışığı 10 dəqiqə saxlayın. Ağız nahiyyənizə, dişlərinizə tam əhatə etmək şərti ilə sürtün. Yeməkdən və maye qəbulundan 20 dəqiqə çəkinin.

-Qurdlar. Nar qurdlardan tez bir zamanda qurtulmağa kömək edir. Bunu üçün lazımlı məlhəmin hazırlanma qaydası çox asandır. 5 narı qabığından təmizləyin, dənlərini ayırın. Bir qabda 120 dərəcədə 6 saat qurudun. Dənləri un halına gətirin. 0,5 xörək qaşığı dən ununu bir stəkan ananas şirəsinə qarışdırıb qəbul edin.

İstifadəsi məsləhət görülmədiyi hallar.

Məlumdur ki, hər şey öz miqdarında gözəldir. Lakin bəzi hallarda ümumiyyətli nar qəbulunu minumum həddə salmaq gərəklidir. Tərkibində turşunun miqdarı çox olduğundan bir çox xroniki xəstəlikləri ağırlaşdıra bilər. İlk dəfə dadılırsa yeməklərə qatılan zaman belə diqqətlə və ehtiyyatla istifadə edilməlidir. Aşağıdakı xəstəliklərdən əziyyət çəkən şəxslərə nar məsləhət görülmür.

  • On iki barmaq bağırsaqda xorası.
  • Mədədə xorası.
  • Yüksək turşuluq dərəcəsi ilə qastrit.
  • Tünt pankreatit.
  • Xüsusi hallara alergiya.
  • Karies, diş emalının yüksək həssaslığı.
Advertisements