Bir çox hallarda kişilər adətən birrəngli qalstuklara üstünlük verirlər. Bu cür seçimin üstün tərəflərindən biri qardirobunuzda bütün kostumlarla uyğunlaşmasındadır. Rəng seçimlərində, nəzərə alın ki, qırmızı birrəngli qalstuk hakimiyyətin və uğurun simvolu olmala yanaşı, həmdə gözəl estetik görüntü verir. Birrəngli qalstuk köynəklə pencəyin rəng uyğunluğunu da daha qabarıq biruzə etdirir.

Lakin, təkrarlanan naxışlardan ibarət qalstuklardan çəkinmək lazım deyil. Xüsusi və ciddi görüşlər zamanı təkrarlanan naxışlı qalstuklardan istifadə sizə fərqli xarizma bəxş edə bilər.

Zolaqlı qalstuklar adətən ciddi niyyətlərin olduğunu hiss etdirir. Ənənəvi rənglərin ahəngi olan dioqanal zolaqlı qalstuklar birmənalı olaraq birrəngli pencək və köynəklər geyinilən zaman gözəl görünür.

Dairəvi naxışlarla bəzədilən qalstuklar isə digərlərinə nisbətən daha unversal hesab edilir. Qalstukun üzrəindəki dairələr nə qədər kiçik olarsa, o qədərdə klassik geyimlərlə uyğun olar. Əks halda müəyyən tədbirlər, qonaqlıqlar zamanı istifadə edilə bilər.

Öz maraq dairələriniz, xobbiləriniz və ümumən aludəçiliyinizi club sayağı qalstuklarla biruzə etdirə bilərsiniz. Qalstukun üzərində olan qolf topları, tenis roketkaları, kiçik yaxtalar sizi kənardakılara daha pozitiv biri olduğunuzu hiss etdirər.

Unutmayın ki, əlvan rəngli qalstuklar cavanlığı və enerjini tərənnüm edir. Yaşlı insanların bu cür rənglərə seçim etməsi onların ruhən cavan və enerjili olmalarının nümayişidir.

Əgər qordirobunuzda smoking varsa və bundan istifadə etməli olursunuzsa kəpənək qalustukları sizin üçün mütləqdir. Klassik görkəm üçün əsasən qara rəng seçilir. Amma bu o demək deyil ki, siz fantazyalarınıza ciddi məhdudiyyətlər qoymalısınız.

Qalstukun uzunluğu şalvarın qayışına (toqqa) qədər olmalıdır. İlk öncə qalstukun rəngi və naxışları kostumun, köynəyin, corabların və ayaqqabını rəngləri ilə uyğunluq təşkil etməlidir. Eni pencəyin yaxası nəzərə alınmaqla seçilməlidir. Adəti üzrə qalstukların eni 7-9 sm enində olur. Düyün tarım dartılmış vəziyyətdə saxlanılmalıdır.

Kök və geniş zifət cizgilərinə sahib kişilərdə böyük düyünlər ( “windzor” ) məsləhət görünür. Arıq kişilərə isə əksinə ensiz və səliqəli düyünlər ( “helf-windzor” ) məsləhətlidir. Son dəbə əsasən enli düyünlü qalstuklar daha cazibəli hesab edilir.

Buyurun, aşağıdakı fotolarda qalstuk bağlama formaları və üsulları ilə tanış ola bilərsiniz:

  • Four in knot (dördlük və ya böyük düyün).

  • Half windsor (yarım windsor).

  • Full windsor (tam windsor).

  • Nicky düyünü.

  • Bow tie (kəpənək).

  • Kelvin düyünü.

  • Oriental düyünü.

  • Pratt düyünü.

  • Andrey düyünü.

  • Baltus düyünü.

  • Honover düyünü.

  • Platsburg düyünü.

  • Grantchester düyünü.

  • Victoria düyünü.

  • Cafe düyünü.

  • Eldredge düyünü.

  • Üçbucaqlı düyün.

  • Christensen düyünü.

Advertisements