Qaçış-birmənalı olaraq xeyirli idman növlərindən biridir. Bütün əzələləri işlək vəziyyətə gətirir, tonusun səviyyəsini artırır. Orqanizmin dözümlülüyünü yüksəldir. Qaçış ürək-damar xəstəliklərinin riskini azaldır. Bu idman növü imuniteti artıraraq, qanda şəkərin və xolestirinin miqdarını aşağı salır.

Qaçışın bio-kimyəvi təsir mexanizmi haqqında.

Qaçış- bütün daxili orqanların xüsusi təzyiq altında işləməsi ilə nəticələnən kardio hərəkətdir. Bu proses zamanı başlanğıcdan bir neçə dəqiqə sonra əzələlərdə müxtəlif bio-kimyəvi proseslər başlayır və nəticədə enerji çatışmamazlığı yaranır. Orqanizm ciddi cəhtlə əzələləri yanacaqla təmin etməyə çalışır. Duzları, qan axınını, oksigeni və müxtəlif mikroelementləri bütün bədənə paylamağa cəht edir.

Bir neçə enerji mənbəyi mövcutdur:

  • Qlikoqen.
  • Piy (yağ) ehtiyyatı.
  • Qanda şəkər.

Qlikoqen qara ciyərdə və əzələlərdə mövcut olur. Onun ehtiyyatı az olduğundan enerjisi tez bitir. Nəticədə on dəqiqədən sonra orqanizm piy (yağ) ehtiyyatlarından istifadə etməyə başlayır. Bunun üçün böyük həcmdə oksigen tələb olunur.

Böyrəküstü vəzlər adrenalin ifraz edir ki, nəticədə adrenalinlə digər proseslərin vəhtəti idman zamanı yüklənmənin gücünü zəiflədir və orqanizmin qorunma, möhkəmlənmə instiqtini artırır. Adrenalin məşqlərə başlayan kimi ifraz olunmağa başlayır. İdmançı məşqin əvvəlində güc hiss edir. Bu da maddələr mübadiləsini surətləndirir, qara ciyərin qlikoqen ifrazını artırır. Nəticədə əzələ kütləsi enerji hesabına güc əldə edir.

Qaçış zamanı damarlar aktiv surətdə çalışır. Oksigenə ehtiyac idmançını daha tez-tez nəfəs almağa məcbur edir. Qan O2 molekulları ilə zənginləşir, ürək döyüntüsü artır. Daxili qandövranı gedən damarlar genişlənir, digərləri isə əksinə daralır. Bütün güc orqanizmin oksigen qəbuluna, əzələ kütləsinin mikroelemetlərlə zənginləşməsinə yönəlir.

Kişi orqanizminə xeyri:

Piy (yağ) ehtiyyatını azaldır. Bir çox hallarda kişilər kordio hərəkətlərini unudaraq güc məşqlərinə önəm verirlər. Qaçış bodibilderlərin təbilincə desək bədəni quruda, yağları yandıra, gözəl relyef verə və artıq kiloqramlardan azad edə bilər. Kordio məşqlər əzələ kütləsinin artımı üçün mütləqdir.

Oynaqların möhkəmlənməsi. Bir mənalı olaraq oynaqların möhkəmliyini qığırdaqlar və əzələ korseti təmin edir. Qaçış əzələləri möhkəmləndirərək mikroelementlərin qəbulunu surətləndirir.

Qanda şəkərin miqdarını azaldır. Məşq zamanı orqanizm bütün növ qlukozalardan istifadə etməyə çalışır. Bədəni lazımı enerji ilə təmin etmək üçün qlukozanın əsas mənbəyi kimi qandakı şəkəri nəzərə alır.

Qanda xolestrinin miqdarını azaldır. Xolestrin-karbohidratların xüsusi növləri hesab edilir. Bu əsas kişi harmonu hesab edilən testestronun ifrazı üçün önəmli maddə hesab edilir. Lakin, xolestrinin normadan artıq miqdarı ziyanlı olduğundan müxtəlif fəsadlar yarada bilər. Qaçış zamanı artıq piy (yağ) ehtiyyatları və xolestrinin normadan artıq hissəsi yanma ilə nəticələnir.

Diafraqma əzələlərinin möhkəmlənməsi. Diafraqmanın intensif hərəkəti nəticəsində nəfəsalma prosesi yaxşılaşır və həyat tonusu yüksəlir. Dərindən nəfəsalma prosesi aktiv həyat tərzi zəifləsə belə adiləşir.

Nəfəsalma sistemi möhkəmlənir. İntensif oksigen qəbulu nəticəsində bronxlarda genişlənmə baş verdiyindən qanda oksigenin miqdarı artır.

Arterial təzyiqin normallaşması. İnsanın çəkisi nə qədər çox olarsa orqanizmdə o qədər çox miqdarda maye saxlanılması anlamına gəlir ki, bu da arterial təzyiqin yuxarı olmasına zəmin yaradır. Qaçış zamanı bədən çəkisi aşağı düşür, maddələr mübadiləsi surətlənir, bədəndə artıq maye tər vaistəsi ilə xaric olunur, nəticədə təzyiq normallaşır.

İmunitet güclənir. Yüksək miqdarda qanın oksigenləşməsi nəticəsində bədənin dözümlülüyü artır. Nəticədə müxtəlif xəstəliklərlə mübarizədə bədən daha aktiv rejimə keçir.

Potensiyanın keyfiyyəti artır. Oturaq həyat tərzi kişi potensiyasına təsirsiz qala bilməz. Qaçış qan dövranını surətləndirdiyindən testestronu artırır, “sevgi əzələləri”-ni inkişaf etdirir.

İstənilən işdə uğur şansını yüksəldir.  Qaçış dözümlülük və xarakterin formalaşması üçün də gözəl məşqdir.

Advertisements