Nimfoman qadın kimlərə deyilir.

Gözəl və ehtiraslı qadınla əsrarəngiz gecə keçirmək istəyən kişilər qadınla görüşdən bəzən çox şey gözləyirlər. Təssüfki, bu kimi arzu ilə yaşayanlar “nimfoman” ifadəsində daha çox ifadənin yalnız birinci hissəsinə fikir verirlər. Unutmaq lazım deyil ki, “maniya” ifadəsi daha çox psixi problemli xəstəliklərdə işlədilir. Bu səbəbdən də seksual manyaya tutulan qadını normal və adekvat psixikaya sahib qadın kimi qəbul etmək mümkünsüzdür. Bəzən qadınların hiperseksualığı fərqi yöndə anlaşılır. Belə ki, bəzi kişilər bu cür qadına sahib olduqları üçün sevinir, bəziləri isə intim yaxınlıqdan yayınmaq üçün hər dəfə bəhanə uydurmalı olurlar.

Nimfomaniya nə deməkdir.

İlk olaraq terminə diqqət yetirək. Nimfa-yunan dilindən nişanlı, gəlin kimi tərcümə olunur. Qədim yunan mifalogiyasına əsasən meşənin cəngəlliklərində yaşayan, əsrarıngiz gözəliiyə və bacarığa malik gözəl qadınlar nəzərdə tutulur. Qədim yunanlıların inanclarına gore meşələrdə yaşayan gözəllərin sevgi istəkləri tükənməzdir. Hətda onlar qarşılarına çıxan kişini intim sirləri ilə ram edə, yeniliklər örgədə və hətda, müxtəlif yeni-yeni pozaları yaşada bilərlər. Lakin, nimfo gözəlləri öz portnorlarını fiziki baxımdan yora, zəiflədə bilərlər. Müəyyən qədər təhlükəli məşuqlar ölüm həddinə belə çatdıra bilərlər.

Müasir dövrdə nimfoman qadınlar tam real olsalarda, demək olar ki, eyni xüsusiyyətə sahibdirlər. Onlar da qədim yunan mifalogiyasındakı kimi, sexdən başqa heçnə haqqında düşünə bilmirlər. Nimfomaniya xəstələri intim yaxınlığa hər zaman can atırlar və sanki, həzzi yaşamaqdan doymurlar. Təhsil, iş şəraiti, ev işləri, dostlar-tanışlarla görüş belə fikirdən və istəkdən yayınmağa imkan vermir. Seksual iştahı doyuzdura bilməyən nimfoman qadınlar yatağa kimlə girdiklərinin önəmi olmur. Yetərki, həmin an istəkləri təmin edilsin. Bu istək gün ərzində 5-dən 20-yə qədər saya çata bilər. Göründüyü kimi, çox az kişi bu cür yüklənməyə dözə bildiyindən nimfoman qadınlar sex portnorlarını tez-tez dəyişməli olurlar.

Nimfoman qadınların əsas xüsusiyyətləri:

  • Seçdiyi bir nəfərlə daimi hiperseksual münasibətlər yaşaya bilməməsi.
  • Həyatının əsas məqsədi öz seksual təlabatının maksimum təmin etməyə çalışması.
  • İntim münasibətlərdə qeyri müəyyənlik.

Beləliklə nimfoman qadın kimdir sualına dəqiq cavab vermək mümkündür: Nimfoman qadın öz seksual aludəşiliyinin öhdəsindən gələ bilməyən, onu nəzarətdə saxlamağı bacarmayan, bir növ xəstəlik səviyyəsinə çatmış insandır.

Bir çox həkimlərin fikrincə bu cür psixaloji pozuntunun səbəbləri aşağıdakılardır:

  • Bipolyar pozuntu.
  • Kəllə beyin travması.
  • Müxtəlif kimyəvi əlavələrin uzun müddətli qəbulu.
  • Nəsildən keçmə pozuntular.

Kişilərin həvəslə seçdikləri üstünlüklər.

Niyə görə kişilərin çoxları nimfoman qadınlarla tanışlığın arzusunda olurlar? Axı sadə məntiqə sahib insanlar anlayırlar ki, psixi pozuntuya sahib biri ilə yaxınlıq və tanışlıq sonda yaxşı nəticələrə gətirib çıxarmır. Lakin, fərqli və coşan fantazyalar müasir dövrün Heraklı olmağa, maraq dolu həyat yaşamağa sövq edir insanı. Nimfoman qadın axtarışında olanlar nə qədər çalışsalarda ekspertlər və psixoloqlar tərəfindən xəbərdarlıqları dinləmək hər zaman xeyirlidir. Ekspertlərin fikrincə axtarışların səbəbi aşağıdakılardır:

  • Şəxsi erotik fantazyaları realizə etmək ümüdü.
  • Kişi hormanları səbəbindən günün istənilən zamanında, istənilən yerdə və istənilən pozalarda sexlə məşğul olmaq istəyi.
  • Cavan, gözəl, cazibədar tərəf müqabilindən hər zaman fiziki tələbatın olması.
  • Sevgi münasibətlərində heç bir öhdəliyin olmaması rahatlığı.

Lakin, sərbəst, öhdəliksiz sevgi münasibətləri bir çox hallarda yekun nifrətə və narazılığa çevrilə bilər.

Nimfoman qadınlarla münasibətlərin təhlükəli tərəfləri:

İlk başlanğıcda hiperseksual heyvani hislər kişilərdə məmnunluq və özünə inam aşılıyır. Bunu hətda qarşılarına çıxa biləcək hədiyyə kimi qiymətləndirirlər. Lakin, bu qısa müddət çəkir. Bu cür psixi potologiyaya sahib cütlüklərdə kişi psixikası və əsəbləri tez bir zamanda pozula bilər. Səbəb isə çox sadədir. Xəstə qadınlar yorğun, zəifləmiş və artıq maraqsız kişilərin yanında çox dayana bilmirlər. Və əgər kişi bir nimfoman qadını ciddi qəbul etməyə başlarsa sonda qadın onu başqası ilə dəyişdikdə güclü stress halları yaşaya bilər.

Hər bir kişi anlamalıdır ki, nimfoman qadını müalicə etmək qeyri mümkündür. Tibbin son illərdə əldə etdiyi nəaliyyətlər belə bir çox hallarda acizdir. Bu cür qadınlar sex zamanı baş vermiş halları, çatışmamazlıqları, təmin olunmamaqlarını rahat şəkildə istənilən yerdə dilə gətirə bilərlər. Bəzən kobud şəkildə dilə gətirilən narazılıqlar hətda potensiyanın psixoloji təzyiqlə əlaqədar zəifləməsinədə gətirib çıxara bilər.

Advertisements