TATOO-Bədənə çəkilən permanent (qalıcı) şəkil təsviri prosesidir. Rəngli peqmentlər sayəsində dərinin üst qatına yeridilərək müxtəlif naxışlar yaradılır. Tattoo görünüşə, stilə, vurulma texnalogiyasına görə bir-birindən kifayət qədər fərqlənirlər.

İstifadə səbəbləri:

  • Tattoo kifayət qədər hallarda kriminal qruplar tərəfindən istifadə olunur. Bu qruplaşma daxilində tanınma metodu kimi istifadə edilə bilir.
  • Tattoo hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların tanınması üçün istifadə olunur.
  • Məhkəmə-tibbi ekspertiza zamanı kifayət qədər hallarda meydin şəxsiyyətinin müəyyən edilməsi (tanınması) üçün istifadə edilir.
  • Gənc nəslin arasında özünü ifadə, özünü təsdiq anlamında geniş yayılmışdır.
  • Body-artın növlərində biridir. Avanqard incəsənətin bir qoludur.

TATTOO-Polineziya dilindən tatouer sözü kimi götürülüb, insan dərisində şəkil tərcüməsini verir. İngilis dilində isə bu sözü məşhur ingilis səyyahı Ceyms Kuk gətirmişdir. 1773-cü ildə ilk dəfə dünya ətrafında səyahət adlı yazılarında bu haqda məlumat vermişdir. Bu dövrə qədər isə, tattoo avropada sadəcə bədən bəzəyi kimi istifadə edilirdi və o qədərdə önəmsənilmirdi.

Ritual tattoo.

Yeni Zellandiyada məskunlaşan və yaşayan Maori xalqında tattoo şəkmək incəsənəti ayın mərasimi kimi qəbul olunur. Maoridə tattoo çəkilməsi standart olaraq iynə ilə deşmək halında deyil, xüsusi kəsici alıtlərdən istifadə ilə həyata keçirilir. Maori kişilərinə tattoo adəti üzrə üzlərinə, ayaqlarına, yanlarına spiralvari xətlər qeyd edilərək çəkilir. Qadınlar isə bu rəsmləri dodaqlarına və boyunlarına çəkdirillər.

Bir çox Çin əlyazmalarında VI-X əsrlərdə yaşamış Yenisey Kırğızlarında tattoo incəsənətindən istifadə etmələri faktı əks etdirilmişdir. Belə ki, igit sərkərdələr tattoonu əllərinə, qollarına, qadınlar isə ailə qurarkən boyunlarına çəkirdilər.

Yaponyada 500-cü ilə qədər bədənin tattoosu imperatorların fərqli üstünlükləri hesab edilirdi. Tədricən bu fərqlilik dekorativ incəsənətə çevrilməyə başladı. Zaman keçdikcə isə cinayətkarlığın rəmzi sayılmağa başladı. Qədim Yaponyada tattooya sahib insan person non qrat hesab edilirdi. Cəmiyyət və ailə tərəfindən təklənir, ondan uzaq qaçmağa çalışılırdı. Bədəndəki işarələr vaistəsilə cinayətkarın hansı əməli törətdiyi, hətda hansı türmədə cəzasını çəkdiyini bilmək olurdu. Bir müddət sonra isə bədənə tattoonun çəkilməsi Yakudzanın (Yaponyanın ənənəvi cinayət dəstəsi) fəqləndirən cəhətinə çevrildi.

Yakutza artıq yüz illərdirki qrupa daxil olan üzvlərinin müəyyən edilməsində və qrupda tutulan müvqe barədə məlumatların bilinməsində tattoodan geniş istifadə edir. Bir qayda olaraq, bu cür şəkillər sinədə və kürək nahiyyəsində çəkilir. Öz ölçüləri və rəngarəngliyinə görə fərqlənirlər. Adətən Yapon tattooları 4 qrupa bölünürlər: flora, fauna, dini və mifaloji (qəhrəmanların məcaraları ilə bağlı). Misal olaraq:

  • Horizantema -mikada atributu-əzimkarlıq və qətiyyətin simvolu.
  • Pion-həyatda var-dövlətin və uğurun simvolu.
  • Sakura gülü-Bir samurayın öz sahibinə düşünmədən həyatını verməyə hazır olduğu kimi, sakura gülüdə öz ləçəklərini yüngülcə üfürmənin təsirindən itirə bilər. Zamanın və var olmağın dayanaqsızlığı simvolu.
  • Klen yarpağı- Avropada qırmızı qızıl gülün verdiyi mənanı simvolizə edir.
  • Əjdaha- güc və hakimiyyətin, eyni zamanda odla suyun vəhdətinin simvoludur.
  • Karp- kişiliyin, qorxmazlığın simvoludur.
  • Pələng-qorxmazlığın simvolu.

Bu sənətin bu qədər qəliz olmasına baxmayaraq, Yapon sənətkarları hələdə sənəti əsrlər boyu nəsildən-nəsilə ötürməyə çalışırlar. Yaponyada bambuk ağacının budaqlarından, təbii əldə edilmiş rənglərdən istifadə hələdə aktualdır.

Tattoonun bədəndəki yerini necə müəyyən etmək olar.

Bəzən insanlar mürəkkəb eskizlərə və rəssamlara müraciət etsələrdə illərlə seçimdə çətinlik çəkirlər. Tattoonun bədəndə çəkiləcək yeri məsələsinə isə ümumiyyətlə fikir vermirlər. Son nəticədə tattoo salonunda müəyyən olunur ki, seçilmiş pələng şəkli sadəcə çiyinə yerləşməyəcək, sinəyə və kürəyə isə heçdə gözəl görünməyəcək. Tattoo çəkdirməyi planlaşdıran insanlar bir çox hallarda bədəni rəs tablosu kimi qiymətləndirirlər. Onların düşüncəsinə görə hansı nahiyyəyə hansı şəkli istəsən çəkdirmək olar. Profisional usta hər zaman iş prosesində seçilmiş çəklin bədənin hansı hissəsinə yaraşacağı ilə bağlı fikir bildirir. Bu məsələdə insan bədəninin anatomiq forması əsas rol oynayır. Ustanın məsləhətlərinə mütləq qulaq asmaq lazımdır. Ehtiyac olarsa seçilmiş şəkil aşağı və ya yuxarı sürüşdürülə bilər.

Misal olaraq: ölçü baxımından böyük olmayan tattoonu əsasən delta əzələləri ətrafında çəkdirmək (qısa qollu köynəklərin qollarından bir hissəsinin görünmək şərti ilə) istəyirlər. Bu zaman şəkil delta əzələləri boyunca və birazda aşağıdan şəkilməlidir. Nəticədə şəkil çiyinin qabarıq hissəsinidə əhatə etdiyindən daha gözəl görünəcək.

Kişilər adətən tattoo üçün bədən hissələri deyərkən çiyni, çiyindən biləyə qədər olan qolu, kürəyi, baldırın ön və arxa tərəflərini, sinənin yuxarı hissəsini (bəzən çiyin və sinənin tattoosu boyuna qədər qalxa bilir) nəzərdə tuturlar. Əllərin üstünü və üzünüzü heç bir halda tattoo etdirməyə çalışmayın. Bu nahiyyələrdə çəkilən tattoo öz gürünüşünü tez itirir.

Tattoo salonunu ziyarət etməmişdən öncə seçdiyiniz eskizi vizual olaraq bədəninizin hissələrində yoxlayın. bunun üçün şəkli kağıza köçürün, kənarlarını kəsin və rənglədikdən sonra bədəninizə yaxınlaşdırın. Uyğun yeri müəyyən edin. Eyni proseduru usta sizin üçün salonda edəcək. Ancaq öncədən əmin olmaq daha yaxşı variantdır.

Çiyində və çiyinin ön hissəsində tattoo.

Çiyin adəti üzrə delta əzələlərindən dirsəyinqatlanan hissəsinə qədər hesab edilir. Çiyinin önü isə adətən dirsəyin qatlanan hissəsindən biləyə qədər nəzərdə tutulur. Hər iki nahiyyəçox populardır və onlar ayrıca tattoo ola bilər. Bu cür tattoonun üstün cəhəti görünən yerdə olması, və ətrafdakı insanlara nümayiş etdirmək rahatlığıdır. Eyni zamanda usta tərəfindən çəkmək olduqca asan, ağrı hisləri isə dözüləcək dərəcədə olur.

Gözəl tattoo əsasən əzələli, idmana diqqət yetirən, çiyinləri və qolları böyük həcmdə olan kişilərdə daha yaxşı effekt verir. Ən çox aşağıdakı mövzulara və şəkillərə üstünlük verilir.

  • Kelt naxışlar.
  • Qerblər.
  • Heyvanlar (eyni zamanda əjdahalar).
  • Həşəratlar.
  • Stimpark.
  • Giberpank.
  • Etnik naxışlar.
  • Dövr edən naxışlar (zəncir, ilan).
  • Blekverk.

Çiyinə çəkilən tattoo sinənin üst tərəfinə doğru yönələ bilər. Bu zaman konkret şəkillərdən çəkinmək lazımdır. Müəyyən olunmuş still və formalardan abstrakt şəkil yaratmaq daha uyqun olar.

Kürəkdə tattoo.

Kürəkdə yer çox olduğundan böyük, qəliz, hətda müəyyən tematikalı tattoo daha çox yaraşır. Kürək sümüyü boyunca çəkilən tattooda əsasən ortalama insan əlinin içi ölçüsündə işarələrdən (sağ və sol sümükdə) istifadə olunur. Statistikaya görə kişilər arasında kürəkdə çəkilən şəkillər daha üstün tutulur və seçilir. Belə tattoo bədənə daha xarezmatik görünüş verir və ən ciddi dress-koda belə keçərlidir. Çatışmayan cəhətlərdən ən başlıcası isə özünüzün tattoonuzu görmək imkanınızın olmamasıdır. Eyni zamanda kürək tattooları kifayət qədər ağrılı prosses hesab olunur. Nəticədə Tattoonun həcmindən aslı olaraq prosses bir neçə yanaşmaya qədər uzana bilər.

Ən az rast gəlinən hal kişilərin boynuna, onurğanın başlağıcnöqtəsinə vurulan tatoolardır. Kişilərin seçimində kölgədə qalsada qızlar bundan kifayət qədər istifadə edirlər. Lakin, böyük heroqriflərdən istifadə kişilərdə boyun üçün daha gözə gəlimli hesab edilir.

Kürək tattoosunda əsasən aşağıdakı variantlar istifadə edilir:

  • Heroqriflər.
  • Heyvanlar (eyni zamanda əjdaha).
  • Quşlar (eyni zamanda açılmış qanadları ilə qartal).
  • Mələklər.
  • Qanadlar.
  • Etnik naxışlar.

Ancaq unutmayın, kürəkdə istənilən sənət əsəri yaratmaq üçün kifayət qədər yetərli (təbiət təsviri, ovçuluqla bağlı səhnələr) yer mövcutdur. Fantazyanızı geniş canlandıra bilərsiniz.

Ayaqlar üçün tattoo.

Kişilər üçün ayaqlar deyərkən dizdən topuğa qədər olan hissə nəzərdə tutulur. Çəkilməsi ağrılı olsada yay mövsümündə şortikdə fərqli imic yaratmış alarsınız. Bəzi yerlərdə tətbiq olunan dress-kod yoxlanışlarında isə cins və ya klassik şalvarla tattoonuzu rahatlıqla örtə bilərsiniz.

Tattoo çəkdirməyi qərara almısınızsa, bu nahiyyədə şaquli (yuxarıdan aşağıya) olan rəsmlərə önəm yetirin. Misal olaraq:

  • Qılınc.
  • Ağac.
  • Yelkənli gəmi.
  • Heroqriflərlə yazı.
  • Alov.

Tatoo stillərindən isə ən çox gözəl görünənlər bunlardır.

  • Blekvork.
  • Kiberpank.
  • Stimpank.

Tattooda kişi tematikası.

Şəkil seçimi tattoo sahibinin fərdi xarakterindən aslıdır. Lakin seçimdə müəyyən qanuna uyğunluqlar gözlənilməlidir. Qanunauyğunluqlar nəzərə alınarsa sahibin xarakteri və xarizmatik görünüşü daha aydın seçilər.

Qorxuducu duruşda hirsli heyvanlar, tarixdə iz qoyan miflər və qəhramanlar tattoo tematikasında əsas rol oynayırlar. Yaxın dövrə qədər insanlar heyvan dərisindən olan geyimlərdən, heyvan başlarına bənzədilən dəmir baş geyimlərindən istifadə edərək güclərini, cəldliklərini, qorxmazlıqlarını nümayiş etdirməyə ciddi cəhdlə çalışmışlar. Bu səbəbdən də, kişi çiynində şir, pələng, qartal, əjdaha, ayı, canavar təsviri daha seçimlidir.

Fərqli xalqların mədəniyyəti ilə maraqlanmaq, müxtəlif fəlsəfələri örgənmək etnik motivləri ön plana çəkir. Dünyanın istənilən xalqının mədəniyyəti motiv üçün ilham mənbəyi ola bilər. Ən azından hər bir kişi silah gəzdirmək ixtidarındadır. Bu silah və özünü təsdiq dəridə olsa belə xoşa gəlimli bir hisdir. Adəti üzrə bu cür şəkillər qılınc, ox, bıçaq, odlu silah kimi mürəkkəb, bəzən isə sadə təsvirlərdə özünü nümayiş etdirir.

Advertisements