Dietoloqlar və alimlərdə daxil olmaqla demək olar ki, bütün dünya yaşıl çaya xüsusi diqqət göstərir. Digər şübhəli tərkibli içkilərdən fərqli olaraq yaşıl çayın xeyri və sağlamlığa müsbət təsiri kifayət qədər zamandır ki sübut edilmişdir. Yaşıl çay minimal fermentasyaya uğramış içkidir. Həm yaşıl çay, həm də qara çay eyni çay yarpaqlarından əldə olunur. Lakin, istehsal və təqdim edilmə üsulları fərqlidir. Yaşıl çay ilkin olaraq adətən 170-180 C dərəcədə buxara verilir. Bu cür oksidləşmə iki gün ərzində davam etdirilir. Növbəti mərhələdə 3-12% nəmlik dərəcəsinə qədər yarpaqlar qurudulur.

Yetişdirmə texnikasına və növlərinə əsasən şərqiasya ölkələrində yaşıl çayın tamı və qoxusu kifayət qədər fərqli olur. Yaşıl çay əsasən Yaponya, Çin, yaxın şərq ölkələrində istehlak edilir. Digər qərb ölkələrində isə məşhurluq XX əsrin sonlarına təsadüf edilir.

Yaşıl çay həm qadınlara, həm də güclü cinsin nümayəndələrinə olduqca faydalıdır. Ancaq bu məsələdə bir neçə nüyanslara xüsusi diqqət yetirmək gərəklidir.

Tərkibi: faydalı maddələr.

Düzgün fermentasya prosesi keçdikdən sonra çay yarpaqları bütün faydalı maddələri özündə saxlayır. Hətda, bəzi maddələr dahada tündləşərək keyfiyyəti yüksəlir. Yaşıl çaydan alınan həzzin önəmli tərəflərindən biridə onun düzgün dəmlənməsidir.

  • İnanılmaz vitamin zənginliyi ilə bol olan yaşıl çayda C və P vitaminləri çoxluq təşkil edir. Bu iki vitaminin ahəngliyi nəticəsində soyuq dəyməyə qarşı güclü məlhəm ortaya çıxır. Eyni zamanda, bu vitaminlərin insan bədəninin rahatlaşmasına və əsəblərin sakitləşməyinə əvəzsis təsiri var.

  • Orqanizimdə baş verən bir çox proseslərin qanuna uyğun şəkildə hərəkəti üçün kifayət qədər natrium elementlərlə zəngindir. Ən önəmli təsiri isə, böyrək, ciyər və maddələr mübadiləsinin düzgün çalışmasına yönəlir.

  • Kişilərdə əsas önəm verilməli məsələlərdən biridə ürək-damar sisteminin normal fəaliyyətini təmin etməkdir. Tərkibindəki maqnezium və kaliuma əsasən fəaliyyət problemsiz və çətinliksiz olaraq davam edir.

  • Gərəkli antioksidant sayılan E vitamini ilə zəngindir. Bu vitamin öz növbəsində zərərli maddələrin orqanizimdən çıxarılmasını təmin edir, eyni zamanda reproduktiv sahənin çalışmasına müsbət təsir göstərir.

  • Tərkibindəki böyük həcmdə ftor sayəsində dişlərin möhkəmlənməsi, sümüklərin və imunitetin güclənməsi aktivləşir.

  • Saç tökülməsi, baş dərisindəki yarana biləcək problemlərin qarşısında proflaktik tədbir kimi qiymətləndirilir. A, PP və B vitaminləri sayəsində saç gücləndiricilərini əvəz edə bilir.

  • Tərkibində kifayət qədər yod mövcutdur. Beləki, aparılmış araşdırmalara görə dəniz kənarında yüksək dağlıq sahələrdə yetişdirilən çay növlərində yodun miqdarı kifayət qədər yuxarıdır. Bu da öz növbəsində cinsiyyət orqanının normal fəaliyyətinə zəmin yaradır.

  • Əsəb sisteminə müsbət təsiri isə tərkibindəki marqanla müəyyən edilmişdir.

Yaşıl çayın kişilərdə yaranmış xəstəliklərə müsbət təsiri:

Yaşıl çay bir çox zəhərlənmə hallarına kömək olur. Sidikqovucu təsiri nəticəsində zərərli maddələri, spirtli içkinin qalıqlarını orqanizimdən xaric edir. Bu çay hətda kişilərdə ağır soyuq dəymə və qrip kimi xəstəliklərindən azad olmağa yardımçı olar.

Yaşıl çay xərçəng xəstəliyi və digər şişlərlə bağlı xəstəliklərin müalicəsində də yaralıdır. Ürək-damar sisteminin mühkəmlənməsində əvəzsiz olduğundan əsasən infakt ə digər ürək xəstəliklərinin qarşısının alınmasında mütləqdir.

Qrın getməsində və ya əksinə qəbzlik zamanı yaşıl çaya tez-tez müraciət edilir. Təzyiqi normallaşdırır. Arıqlamaq üçün pəhrizlərdə menyuya salınmalı mütləq ünsürdür. Orqanizimdə bağırsaq sistemini təmizləyir, dərialtı yaranmış piy qatını əridir.

Ən əsas xeyri: kişi potensiyasına təsiri.

Yaşıl çayın tərkibində kifayət qədər sink mövcutdur. Bu isə, kişi sağlamlığı üçün əsas şərtlərdən hesab edilərək prastatın vəziyyətini yaxşılaşdırır. Məhs sink testesron kimi vacib hormonun artması üçün bir növ tikinti materialı rolunu oynayır.

Sink çatışmamazlığı nəticəsində nəinki potensiya zəifləyir, eyni zamanda tüklərin uzanması geri qalır, çəki artımı (əsasən qarın və baldır nahiyyələrində) baş verir. Ən qorxulusu isə sidiyə vaxtında çıxmaqda problemlər yaranır və beləliklə potensiya zəifləyir. Həyat tonusu aşağı düşür.

green tea 2

Yaşıl çayın tərkibində əsas elementlərdən biridə kofeyindir. Kofeyn gün ərzində güc və ruh yüksəkliyini təmin edir. Ereksiya halını yaxşılaşdırır. Müxtəlif xəstəliklər zamanı cinsiyyət orqanının əzələlərini bloklaşdırır, onun vaxtında reaksiyasını (qalxımını) təmin edir. Qanın laxtalanmasının qarşısını alır. Sink və kofeyn ahəngliyi zamanı bir çox problemlərin qarşısı alınır.

Xroniki prostat xəstəlikləri zamanı yaşıl çay qəbulu fəsadların aradan qaldırılması ilə yanaşı ümumi imuniteti qaldırır və müxtəlif infeksiyaların təsirini sifira endirir.

Lakin, gün ərzində yaşıl çay qəbulunda qəbul həddini keçməmək lazımdır. Gün ərzində 7-10 fincan yaşıl çay bir çox problemlər yarada bilər.

  • Kofeyn miqdarının normadan artıq qəbulu kişilərdə emosyanal gərginliyin artmasına səbəb ola bilər. Əsasəndə güclü cinsin nümayəndələri artıq stres halındadırsa vəziyyət daha da gərginləşər, əsəsb sistemi zərər görər, yuxusuzluq narahat etməyə başlayar.

  • Bədənin tempraturu arta bilər. Nəticədə halsızlıq, həvəzsizlik və əsəbilik yarana bilər.

  • Mədə xəstəlikəri (turşuluğun artması) mövcutdursa ağrıların artımına səbəb ola bilər. Mədədə problem hallarında tünd dəmlənmiş çay içilməsi ümumiyyətlə msləhət görülmür.

  • Təzyiqi aşağı olan kişilərdə yaşıl çaydan istifadə qısa zaman ərzində təzyiqi daha da aşağı sala bilər.

  • Sidik qovma xəstəlikləri zamanı yaşıl çayın çox qəbulu xəstəlik hallarını ağırlaşdırır.

Unutmaq lazım deyil ki, çayın qəbulu yeməkdən 40-50 dıqiqə sonra daha uyğundur. Bu zaman çayın istiliyi 50-60 dərəcədən yuxarı olmamalıdır. Tünd və ya çox soyuq çayın qəbulu yolverilməzdir. 10 dəqiqədən çox dəmlənibsə yeni çayın dəmlənməsi gərəklidir.

 

Advertisements