Tantri sayağı sex və ya neotantra-müasir qərb fəlsəfəsi olan tantri təcrübəsinin əsas məğzi intim yaxınlıqdan ibarətdir. Bu fəlsəfə özünə new-age metodlarını daxil edərək, müasir hindistan-buddizm tantri ənənələrini özündə cəmləyir. Yeni, müasir tantri ilə ənənəvi tantri arasında kifayət qədər fərq mövcutdur. Müasir tantri üçün əsas məqsəd kamilliyə çatmaq üçün sexdən istifadədir. Digər cərəyanda isə sexsin fərqli olması və sexsual həyata yeniliklərin əlavə edilməsi üçün istifadə olunur.

Tantrinin sexsual tələbatın ödənilməsi kimi istifadəsi Ved və İnduizmdən əvvəllərə, qədim hind qəbilələrinin dövrünə təsadüf etdiyi bildirilir.

Müasir dövrlərdə Tantriyə maraq ənənəvi dini inanclara qarşı çıxışlar zamanı (hesab edilirdiki, sex tələbatından imtina kamilləşməyə aparan yoldur) yarnmışdır. Əksinə Tantri elmi sexsuallığın vaistəsi ilə insanlığın heyvani instinklərindən ayrılmalı olduğunu və vacibliyini təkid təkid edir. Beləki sex yalnız sənin istəklərinin təminatı mənasını vermir, qarşı tərəfin ala biləcəyi həzzi düşünməli və önəm verilməli, bu yolla ruhu zənginləşdirməyə yönəldilməlidir.

Tantri sayağı sexsin əsas fərqləndirici cəhətləri:

  • Sexsi özünü anlama, özünü dərketmə kimi qiymətləndirmək.
  • Qarşıdakı insanı (partnoru) ilahi şəxsiyyət kimi qiymətləndirmək.
  • Sexsual akt zamanı istənilən hərəkətləri (pozaları) yoqa hərəkətləri kimi qəbul etmək, anlamaq.
  • Tələsməmək, yüksək energetik vəziyyətə (hala) çatmağı təmin etmək.
  • Həzzin zərifliyini və estetik gözəlliyini qorumaq.
  • Hər anı dərk etmək, enerjinin daxil olub, xaric olmağını hiss etmək.
  • Amma heçdə hər zaman sonluqda ümüd edilən orqazmla yekunlaşacaq deyə düşünməmək.

Tantri sexsin davam etmə müddəti qısa ola bilməz. Göründüyü kimi bu marafon o qədərdə asan deyil və təxmini 2 saat davam edə bilər. Adi insana rahatlaşmaq üçün 10 dəqiqə lazım olursa, Tantridə bu mümkünsüzdür. Mahiyyətini anlamaq və müəyyən edilmiş qaydalara riayyət etmək üçün bir çox nüyanslara fikir vermək lazımdır.

  • Uyğun atmosfer (mühüt).

Sexsual aktdan öncə mütlək ətrafda yaradılmalı olan atmasfer haqqında düşünülməlidir. Heç bir halda sizin fikirlərinizi heç nə yayındırmamalıdır. Ortalıqda maraqlı, rəngli jurnallar belə varsa onlar götürülməlidir. Telefonlar, səsli işləyən məişət texnikası söndürülməlidir. Çalışın otaqda sakit tərzdə musiqi səslənsin. Bu istənilən şərq musiqisi və ya ümumiyyətlə təbiətin incə gözəlliyini tərənnüm edən səslərdə ola bilər.

Qədim zamalarda Tantri sayağı sexlə xüsusi nəzərdə tutulmuş məkanlarda (məbədlərdə) məşğul olmaq mütləq sayılırdı. Lakin, müasir dövrümüzdə sakitlik və harmonya ilə təmin edilmiş məbədlər olmasada, siz həmin ortamı evinizdə yarada bilərsiniz. Bunun üçün sizə evin xüsusi bəzədilməsi üçün şamlar, ətirlər, yardımçı ola bilər.

  • Tələskənliyi unudun.

Hər bir hərəkət çox asta və incəlikə yerinə yetirilməlidir. Kobud toxunuşlar və ya sıxmalar yol verilməzdir. yağlar vaistəsi ilə yüngül masajdan başlamaq olar. Sığallar, yüngül masaj hərəkətləri ilə bir-birinizə toxunmağa çalışın. Bədənin müəyyən bir hissəsinə çox fikir verməyin, bütünlüklə əzələlərə və hər bir nöqtəyə eyni diqqət ayırmağa çalışın. Hətda məsələ daxilolmağa belə çatarsa gözlənilməz və surətli hərəkətlərdən çəkinin.

  • Öncədən çox yeməyin. Mədənin yüklənmiş halı ilə məşğuliyyətdən çəkinin.

Bədənin yüngül və rahat olması üçün sex həzzini yemək qəbulundan öncə etmək məsləhət görülür. Dolu mədə sizin sexsual enerjinizi bölüşməyə mane ola bilər. Əgər yemək haqqında düşünürsünüzsə az porsiyalarda yeməyə üstünlük verin. Qida rasionuzda meyvə-tərəvəzlərə, balıq, toyuq və ya digər quş ətlərinə üstünlük verməyiniz daha məsləhətlidir. Əksinə həzz dəqiqələrini artırmaq istəyirsinizsə o zaman yemək çeşidlərinizə bal, şkolad, avakado, sitrus meyvələrini daxil edin.

  • Su prosedurları.

Yaxınlıq hislərini birlikdə vanna qəbulu ilə başlaya bilərsiniz. Suda olarkən dincəlmək, əzələləri və əsəbləri sakitləşdirmək mümkündür. Eyni zamanda, suda hərəkət etmək, toxunuşları hiss etmək daha rahat mümkün olur. Bir-birinizi sabunlayaraq yüngül masaj hərəkətlərini yerinə yetirmiş olarsınız. Növbəti yaxınlıq hərəkətlərində bədənin xoş və təmiz iyi nəticədə sizə çox xoş və valeh edici hislər bəxş edəcək.

  • Nəfəs alma.

Münasibətdə olan zaman önəmli məsələlərdən biridə eyni anda nəfəs almağınızdır. Hərəkət davamlılığı ilə cütlüyün nəfəs alması eyni notlara köklənməlidir. Əgər bir-birinizin nəfəs alma anını tuta bilsəniz bütöv və tam bir varlıq olmağı bacaracaqsınız. Nəticədə ürək döyüntünüz bir vuracaq və əzələlərinizin sıxılmasından yaranan həzzi hər nöqtənizlə hiss edəcəksiniz.

  • Pozalar.

Təssüf ki, Tantri sayağı sex zamanı poza seçimləri çox azdır. Belə ki, hər iki iştirakçı bütün proses boyu bir-birini üzdən görməli və gözlərinə baxmalıdırlar. Ən çox istifadə edilən pozalar böyrü üstə uzanmaq, üz-üzə uzanmaq, misioner (əyaqları çiyinə alaraq) pozası və çapar (ancaq oturmuş və üzbəüz olmaq nəzərə alınmaqla) pozasıdır.

Müasir dövrdə bir çoxları bu cür sexsi darıxdırıcı və sıxıcı hesab edir. Bu sizin seçiminizdir. lakin həyatın qısa olmasını nəzərə alsaq cəht etmək pis fikri olmaz fikrimizcə. Hətda ola bilsin bir neçə cəhtə istədiyiniz nəticəni əldə edə bilməyəsiniz. Ancaq bu sizə və tərəf müqabilinizə az həzz yaşatmayacaq.

Advertisements