Sacha qulluq

Güclü cinsin nümayəndələri saçları ilə bağlı nisbətən az problemlərlə qarşılaşırlar. Lakin, istənilən özünə hörmət edən centilmen əvəzedilməz və ona yaraşan saç düzümünü müəyyən etmək arzusundadır. Buna baxmayaraq müasir gözəllik industriyasında kişilərə cox az diqqət yetirilir.

Kişi və qadın saçları təbiətinə uyğun olaraq eyni struktura malikdirlər. Amma, struktur və elementlərin formalaşmasından başqa eynilik demək olarki, yekunlaşır. Belə ki, kişi saçlarının yaşam fazası qadın saçlarına baxanda daha tez yekunlaşır. Əlbətdəki bu fərq cinslər arasında müxtəlif qarmonların mövcutluğundan irəli gəlir. İnsanın inkişaf və cinsin formalaşma mərhələsində (yaş dövründə) hər iki cinsdə kişi hormonunun artımı müəyyən edilir. Lakin müəyyən müddətdən sonra qızlarda əsas rolu estroqenlərin oyandığı müşahidə olunur. Estroqen saç follikullarının ömrünün uzanmasına şərait yaratsada, testestron saçın strukturunun möhkəmlənməsinə, gücünə və qalınlaşmasına bilavasitə zəmin yaradır. Beləliklə, kişilərdə saç soyuğa, istiyə, xlorlanmış suya, quru havaya və havanın dərəcəsinin dəyişkən olmasına daha çox dözümlü olur. Saçın dözümlülüyünün əsas səbəbi eyni zamanda güclü cinsin nümayəndələri tərəfindən kimyəvi müdaxilələrə az önəm verməsi, qisa saç kəsiminə üstünlük verilməsi ilə əlaqədardır. Qısa saçlar daha çox qidalanır və daha canlı görünürlər.

Qadınlarda və kişilərdə ümumiyyətlə baş dərisi fərqlidir. Güclü cinsin nümayəndələrində dəri daha qalın olduğundan, qan dövranıda daha güclü və surətli gedir. Eyni zamanda, bu fərq özünü daha çox saç follikullasının olmasında, yağ və tər ifrazının artımında özünü göstərir. Bu aktivlik bir tərəfdən saçlara əlavə qoruma və qidalanma verir, digər tərəfdən isə, saç düzümünün korlanmasına və xoş olmayan görüntünün yaranmasına səbəb olur. Eyni zamanda, saçlarda pH göstəricisi qadınlarda 5,7 həddində olursa, kişilərdə bu hədd 5,4 civarında dəyişir. Nəticədə saçlarda qalınlaşma və möhkəmlik yaranmış olur.

Statistikaya görə 80% kişilərdə artıq 25-35 yaş aralığında saç tökülməsi hallarına rast gəlinirki, bunun qarşısının alıması üçün saça qulluq məsələlərinə çox önəm verilməlidir.

Gündəlik:

Saçlara optimal daimi qulluğun təmin edilməsi üçün klassik qısa saç düzümünə sahib kişilərə keyfiyyətli şampun seçimi kifayət edər. Çox təssüf ki, bir çoxları təmizlik vaistələrinin seçimi zamanı səhlənkar yanaşaraq gözü yumulu seçim edirlər. Adəti üzrə “istənilən duş üçün gellə belə yuya bilərəm” deyə düşünürlər. Bu cür seçim maddi baxımdan sərfəli olsada, saçlar üçün heç bir xeyri yoxdur. Əksinə duş üçün gellər və ya digər yuyucu vaistələr xüsusi kimyəvi maddələri özündə birləşdirir ki, bu da öz növbəsində saç dərisini normadan artıq quruda və ciddi problemlər yarada bilər. Orta qiymətə və ya aşağı qiymətə olan vaistələr Sodium Lauryl Sulfate və Sofium Laureth Sulfate kimi maddələrlə zəngindir ki, nəticədə baş dərisinin pH balansında ciddi pozuntular və fəsadlar yarada bilər. keyfiyyətli və uyğun şampun seçimində TEA Lauryl Sulfate və TEA Lareth Sulfate kimi komponentlərə üstünlük vermək gərəklidir.

Bir çox profesional kosmetika istehsalçıları tərəfindən təqdim edilən çeşidlərin kişilər üçün mövcud seçimlərində əsas komponentləri, gərəkli mineralları özündə birləşdirən və saç dərisini normallaşdırmağa yardımçı olan məhsullar mövcutdur. Əgər saçlar və saç dərisi normal vəziyyətdədirsə istehsalçılar tərəfindən hazırlanmış neytral təsirə malik istənilən vaistələr gündəlik istifadəyə yararlıdır. Tərkibindəki komponentləri sayəsində bu tip şampunlar kişilərə güclü həcimli saçlara sahib olmağa yardımçı olar. Kişilər saçlarını hər gün yumalı olduğuna baxmayaraq, nadir hallarda saça qulluq vaistələrindən istifadə edirlər. Saçlarını daimi boyayan və ya formaya salan qadınlardan fərqli olaraq kişilərin saçları tez yağlanan, lakin kifayət qədər sağlam olur. o səbəbdən də boya qoruyucu, nəmləndirici vaistələrə ehtiyac yoxdur.

Kəpəkli saçlara gəldikdə isə, kəpəyə qarşı olan şampunlar kəpəyin qarşısını tam olaraq almır, yalnız simptomları aradan qaldırır. Kəpək artıq mövcutdursa ən yaxşısı trixoloqa müraciət etməyiniz, uyğun müalicə götürməyiniz məsləhətdir.

Saç düzümünün formaya salınması:

Bərbər səhəsində seçimlərin və saç düzümü formalarının çoxluğuna baxmayaram müasir dövrdə demək olarki heş bir kişinn buna vaxt və lazımı diqqət ayırmağa zamanı olmur. Bu səbəbdəndir ki, illərdir və yəqinki bundan sonrada ən rahat saç kəsimi forması qısa kəsim forması hesab edilir. Kəsim səliqəli və düzgündürsə sadəcə uyğun şanpunla yumaq və təbii yolla qurutmaq ən asan çıxış yoludur. Yox əgər kəsim zamanı müxtəlif formalar nəzərə alınıbsa o zaman teksturanın dəyişilməsində və xoşagəlimli formaya salınmasında müxtəlif gellər və ya yağlar kömək edə bilər. Son dəbin yeniliklərini nəzərə alsanız, onlara uyğunlaşmaq istəsəniz və ya tam əksi öz tərzinizi müəyyənləşdirmək qərarına gəlsəniz individual yanaşma düşünməlisiniz. Misal olaraq əgər saçlarınız uzundursa və gellərdən istifadə haqqında düşünürsünüzsə kəsimin konusvari olmasını nəzərə alsaz yaxşı olar. Gellər və yağlar vaistəsi ilə fərqli görünüş əldə edə bilərsiniz.

Saç kəsimi üzrə kifayət qədər təcrübəsi olan peşəkarların fikrincə 2013-cü ildən etibarən saç kəsimləri və formaları kifayət qədər dəyişmişdir. Belə ki, cavan nəslin nümayəndələri arasında əsasən Elvis Presli tərzi, orta yaşlı nəslin nümayəndələri arasında isə 80-ci illərin saç kəsimi tərzi daha önə çəkilməkdədir. bu cür seçim zamanı formaya salmaqa, daramağa, qulluğa o qədərdə zaman ayırmağa ehtiyac yoxdur. Əlavə gellərdən və ya buna bənzər vaistələrin istifadəsi istənilən nəticəni əldə etməyə kömək olur.

Advertisements